WhatsApp-da animasiyalı stikerlər olacaq

Populyar messencerin tərtibatçıları animasiya sayəsində stikerlərin cari funksionalını yaxşılaşdırmağa hazırlaşırlar.

Median.Az ICTnews-a istinadən bildirir ki, sözügedən funksiya tezliklə “Android”, “iOS” və veb versiya üçün son yeniləmələrdə əlçatan olacaq. Animasiyalı elementlər stikerlər dəstinə daxil ediləcək.
Stikerlər göndərildikdən sonra GIF formatlı fayllardan fərqli olaraq həmişə animasiya formasında olacaqlar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *