Tahir İmanovun babasının adı bu küçəyə verilib – FOTO

Xəbər verdiyimiz kimi, dünən Bakıdakı küçələrdən birinə Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun adı verilib.

Həmin küçə əvvəllər Kiçik Dəniz adlandırılıb. Küçənin adı Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə dəyişdirilib.

Xatırladaq ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə Tahir İmanov babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib.

Oxu.Az həmin küçənin fotolarını təqdim edir:



//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *