Sumqayıtda fəhlə işlədiyi yerdə bıçaqlanaraq qətlə yetirilib

Sumqayıtda qətl hadisəsi törədilib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə şüşə qab istehsal edən zavodlardan birində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Məmmədov Murad Mehdi oğlu zavodda iş yoldaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.