Göygöldə 16 yaşlı qız yıxılaraq ölüb

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcili xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.