Xətai rayonunda market və avtomobildən oğurluq edən 2 nəfər tutulub

Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-nə keçən gecə G.Şıxlınski küçəsində, mağazadan 465 manat pul oğurlayan Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Bundan başqa, Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaş V.Əsədlinin avtomobilindən 350 manat pul, mobil telefon və sənəd oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Ağayev saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *