• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Median.Az
Advertisement
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
  • Home
    • Home – Layout 1
    • Home – Layout 2
    • Home – Layout 3
    • Home – Layout 4
    • Home – Layout 5
    • Home – Layout 6
No Result
View All Result
Median.Az
No Result
View All Result
Home Cəmiyyət

FHN rəsmisi problemli binalardan danışdı: “Aradan qaldırılacaq”

by
Aprel 27, 2019
in Cəmiyyət
0
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“Bu il fevralın 19-da Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb. Fərman çərçivəsində müayinələr 6 dövlət qurumu tərəfindən həyata keçirilib. İstismar aktının 400-dən artıq çoxmərtəbəli binaya verilməsi nəzərdə tutulub. Bəzən bu binaları yanlış olaraq “qanunsuz tikili” adlandırırlar. Lakin bu binalar qanuni şəkildə tikilib, burada heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Qanunsuz tikili torpaq zəbt olunaraq tikilən gecəqondular, tikinti üçün icazəsi olmayan yerlərdə inşa olunmuş fərdi yaşayış evləridir, 16-20 mərtəbəli qanunsuz tikili ola bilməz”.

Bunu ONA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri Bəxtiyar Tağıyev deyib.

B. Tağıyev bildirib ki, bu binalar tikilib, sonra isə hər hansı səbəbdən istismara verilməsi yubanıb: “Bəzilərində şəriklər arasında problem yaranıb, maddi problemlə üzləşiblər, bəziləri cinayət məsuliyyətinə cəlb olunublar”.

FHN rəsmisi deyib ki, Prezident İlham Əliyevin bu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanından sonra 26 yaşayış kompleksinə nazirlik tərəfindən rəy verilib: “Ümumilikdə istismara icazəsi olmayan 434 yaşayış kompleksi qeydiyyata alınıb. Onlardan 26-na Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq rəy verilib və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Artıq bu binaların istismarına komitə tərəfindən icazə verilib”.

B. Tağıyevin sözlərinə görə, bəzi mətbuat orqanları Prezidentin fərmanını bilərək və ya bilməyərəkdən yanlış şərh edərək, çaşqınlıq yaradan məlumatlar yayır: “Prezident İlham Əliyevin imzaladığı fərmanda nəzərdə tutulub ki, 2 ay müddətində qeydiyyata düşmüş, istismara icazəsi olmayan həmin o 434 yaşayış kompleksinin müayinəsi aparılsın. Bu müayinələr 6 qurum – “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz” ASC, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçirilib. Bu müayinələr fərmana uyğun olaraq vaxtında, yəni aprelin 19-dək başa çatıb. Fərmanın müvafiq bəndinə uyğun olaraq, bu tikililərdə aşkarlanmış irad və çatışmazlıqlar 5 ay ərzində aradan qaldırılmalıdır. Hər bir bina sahibinə bununla bağlı rəsmi məlumatlar təqdim olunub”.

Bəzi media orqanlarında fərmanın icrasının gecikməsi ilə bağlı iddialara gəlincə, FHN rəsmisi bildirib ki, heç bir gecikmədən söhbət getmir: “Fərmanın hər bir bəndi vaxtında yerinə yetirilir. Elə tikililər var ki, onların inşasına 80-90-cı illərdə başlanılıb. Yəni uzun illər istismar olunsa da, problemli olduğuna görə bu gün istismar icazəsini ala bilməyib. Elələri var ki, zavodun nəzdində olan yaşayış binasıdır. Kooperativ formada tikilib və 90-cı illərin əvvəllərində iqtisadi məsələlərlə bağlı yarımçıq qalıb. Sonradan insanların öz vəsaiti ilə tikinti başa çatdırılıb. Lakin orada kommunikasiya, lift məsələləri həll olunmamış qalıb. Binalar var ki, elektrik təchizatı üçün transformator məntəqələri tikilməyib, müvəqqəti elektrik xətləri verilib. Yanğın təhlükəsizliyi qaydaları ilə bağlı kifayət qədər pozuntu var. Yəni bunu təqdim etmək ki, gecikmə var, tamamilə səthi və səhv yanaşmadır, heç bir gecikmə yoxdur, fərman icra olunur. Hesab edirik ki, iradlar da aradan qaldırılacaq. Bazar ertəsi daha 3 binanın sənədləri təqdim olunacaq. Sənədlər dünən bizə daxil oldu, bazar ertəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcəyik”.

Qeyd edək ki, ölkə prezidentinin imzaladığı fərman 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil olunur.

Previous Post

Mikrodalğalı sobalardakı ölüm təhlükəsi – BU ÖLKƏLƏRDƏ QADAĞAN EDİLDİ

Next Post

Polislər barədə sahiblərini xəbərdar edən tutuquşu saxlanılıb

Next Post

Polislər barədə sahiblərini xəbərdar edən tutuquşu saxlanılıb

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

60 bal toplayan müəllim uğurunun sirrini açıqladı

May 7, 2026
Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

Tanınmış idmançı sevgilisinə görə güllələnərək öldürüldü

May 7, 2026
“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

“40 qəpik xidmət haqqı tutulması düzgün deyil” – İqtisadçı

May 7, 2026

Leyla Əliyeva Yoqa Federasiyasının prezidenti seçildi

0

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

0

Azərbaycanda itlər üçün gözəllik salonlarında ajiotaj – VİDEO

0

Məşhur Təranəyə cinayət işi açıldı – QADIN ALVERİ

0
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

Gəmiricilərdən insana keçən xəstəlik: Hantavirus nədir? – Professordan xəbərdarlıq

May 7, 2026
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

Dövlət büdcəsinin gəlirləri proqnozu üstələdi

May 7, 2026

Recent News

We bring you the best Premium WordPress Themes that perfect for news, magazine, personal blog, etc. Check our landing page for details.

Follow Us

Browse by Category

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

Recent News

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı

May 7, 2026
Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

Süni intellekt istifadəçilərin xarakterini söhbətlərdən müəyyən edə bilir (ARAŞDIRMA)

May 7, 2026
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.