Göygöldə “Ford” dirəyə çırpılıb, sürücü ölüb


Median.Az
xəbər verir ki, aprelin 27-i saat 19 radələrində Balçılı kəndi ərazisində, kənd sakini Şəhriyar Quliyev idarə etdiyi “Ford Transit” markalı avtomaşını işıq dirəyinə vurub.

Nəticədə sürücü hadisə yerində ölüb.

Göygöl RPŞ-də faktla bağlı araşdırma aparılır.