Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

Qazax rayonunda avtomobil qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri – 1984-cü il təvəllüdlü İlqar Adıgözəl oğlu Əhədov xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzada xəsarət alan digər şəxsə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.