Bakıda taksi sürücüsü döyülüb

Bakıda iki taksi sürücüsü arasında dava olub.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

1978-ci il təvəllüdlü Elnur Şahverdiyev digər sürücü (onun ad və soyadı hələ məlum deyil – red) tərəfindən döyülərək qapalı-kəllə bəyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.