Parisdə “Pullman” otel yanır

Parisin mərkəzində “Pullman” otelində yanğın olub.

Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər xəsarət alıb.

Otel müştəriləri təxliyyə olunublar. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının səbəbləri araşdırılır.