EvKriminalYasamalda mağazadan noutbuk və telefonlar oğurlayan şəxs tutulub

Yasamalda mağazadan noutbuk və telefonlar oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsinə müraciət edən İsmayıllı rayon sakini T.Alıyev, aprelin 23-nə keçən gecə M.Həsənov küçəsindəki mağazasından şüşə sındırılmaqla 1 ədəd noutbuk və 2 ədəd mobil telefonun oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Fəxri Heybətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə