Kanalda batan gənc ailənin tək övladıdır – 10 il onun “yol”unu gözləyiblər

Samur-Abşeron kanalında batan Siyəzən rayonu, Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərovun axtarışları hələ də davam edir.

Oxu.az-ın Şimal bölgəsi üzrə müxbirinin verdiyi məlumata görə, üç gün vaxt keçməsinə baxmayaraq, gəncin nəşi tapılmayıb.

Ailənin tək övladı olan İmamyar, Ələkbərovlar ailəsinin yeganə övladıdır. Ata-anası evliliklərinin onuncu ilində övlad sahibi olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *