Neftçalada piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, aprelin 27-i gecə saat 2 radələrində Neftçala şəhərinin M.Ə.Sabir küçəsində, müəyyən edilməmiş avtomobillə şəhər sakini Novruz Babayev vurulub.

Nəticədə piyada hadisə yerində ölüb.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Opel” markalı avtomobilin sürücüsü,
şəhər sakini, əvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.