Şəmkirdə oğurluğa görə 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da, rayon ərazisindəki mağazadan 850 manat, enerji içkisi və tütün məmulatı oğurlayan şəhər sakini Ömər Məmmədov saxlanılıb.

Bundan başqa, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki MMC-lərin birindən elektrik mühərriki, 3 ədəd avtoyuma aparatı və 2 ədəd kompressor oğurlayan şəhər sakini Taleh Nəbiyev saxlanılıb.

RPŞ əməkdaşlarının keçirdikləri istintaq-axatış tədbirləri nəticəsində sentyabrın 11-də, “Ceyrançöl” adlanan ərazidə müxtəlif diametrli 260 metr borunu oğurlayan rayon sakini
Yaşa Çitadze saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *