Bərdə rayonunda 2 “VAZ” toqquşub, 1 nəfər ölüb

Median.Az xəbər verir ki, yanvarın 4-də Bərdə rayonunun Kövər kəndi ərazisində, rayon sakinləri Yaşar Əmrahovun və Vüqar Hacıyevin idarə etdikləri iki “VAZ” markalı avtomobil toqquşub.

Nəticədə Y.Əmrahov hadisə yerində ölüb, V.Hacıyev isə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *