Mxitar Davidyan: Azərbaycan layiqli komanda idi – VİDEO

Rusiyanın “Krasnodar” klubunun üçüncü komandasının baş məşqçisi Mxitar Davidyan 19 yaşadək futbol millimizi (U-19) tərifləyib.

Rusiya təmsilçisi Antalyadakı təlim-məşq toplanışı çərçivəsində dünən U-19 millimizlə qarşılaşıb.

1:1 hesabı ilə nəticələnən görüşdən sonra Rusiya vətəndaşı olan 41 yaşlı erməni mütəxəssis Krasnodar klubunun rəsmi saytına açıqlama verib. O, yığmamızın ünvanına xoş sözlər söyləyib:

“Rəqibimiz yüksək keyfiyyətli komanda idi. Yaxşı təşkilatlanmış futbol oynayırlar. Yığma həmin yaşda ölkənin ən güclülərinin toplaşdığı komandadır. Bir sözlə, rəqib layiqli komanda idi”.