Qəbələdə “VAZ” dirəyə çırpılıb, sürücü ölüb

Median.Az xəbər verir ki, yanvarın 30-u saat 23 radələrində Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində, qəsəbə sakini Əzəmməd Hidayətov idarə etdiyi “VAZ-21124” markalı avtomobili elektrik dirəyinə vurub.

Nəticədə sürücü hadisə yerində ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.