Xəzər rayonunda “Mercedes” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, fevralın 1-də saat 19 radələrində Qala qəsəbəsində Rəşad Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini Natiq Hacıyevi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.