Araz Əlizadə: Deputatlar elə bil söyülməkdən ləzzət alırlar

Deputatlar ağızlarına su alıb dururlar.

Bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, millət vəkili Araz Əlizadə söyləyib.

O, deputat həmkarı Siyavuş Novruzovun bəzi millət vəkillərinə yönəlik iradlarında haqlı olduğunu vurğulayıb.

“Siyavuş Novruzov tamamilə düz deyir və onu tam haqlı sayıram. Elə bil söyülməkdən ləzzət alırlar. Ya onlara deyilən bu fikirlərlə razıdırlar, ya da ayıb işləri var, qorxularından səslərini çıxarmırlar”, – deyə millət vəkili mətbuata açıqlamasında əlavə edib.
//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *