EvKriminalBakıda keçmiş məhkumdan 28 kq. marixuana aşkar edilib

Bakıda keçmiş məhkumdan 28 kq. marixuana aşkar edilib

Median.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi (BPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Əmirov 5 qramdan artıq marixuananı şərti alıcıya satarkən yaxalanıb. Şəxsi axtarış zamanı ondan 5,5 qram marixuana, yaşadığı evdən isə əlavə olaraq 28,4 kiloqram marixuana aşkar edilib.

Bakı ş.BPİ İstintaq İdarəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı