EvCəmiyyətMetroda problem: qatarlar gecikdi

Metroda problem: qatarlar gecikdi

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, problem “İçərişəhər” stansiyasında olan qatarda qeydə alınıb.

Nəticədə, qatar platformanı 10 dəqiqə gec tərk edib. Bu isə qatarların intervalında gecikmə yaradıb.

B.Məmmədov qeyd edib ki, nasaz qatar depoya göndərilib, interval bərpa edilib.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı