Gəncə şəhərində oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 15-də vətəndaş E.Məmmədovun bank kartından 900 manat oğurlayan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş S.Nəzərli saxlanılıb.

Bundan əlavə, Nizami RPİ-nin əməkdaşları tərəfindən ötən il mayın 6-da Gəncə şəhər sakininin cibindən 244 manat oğurlayan şəhər sakini S.Bədəlov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.