Bakıda dəm qazı iki can aldı

Bakıda evdən iki nəfərin meyiti aşkarlanıb.

Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Mənzillərin birində 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlunun meyiti aşkarlanıb.

Həmin şəxslərin dəm qazından boğulduqları məlum olub.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb.
//oxu.az