Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeHadisəBərdədə doğuş faciəsi

Bərdədə doğuş faciəsi

Bərdə rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində doğuş zamanı körpə ölüb.

1981-ci il təvəllüdlü, Tərtər rayonu Səhləbad kənd sakini Əhmədova Gülxarə Əfqan qızı fevralın 21-də Bərdə doğum evinə 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə daxil olub.

Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş uşaq ölüb. Ölən körpə oğlan olub.

Məsələ barədə məhkəmə-tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyitinə baxış keçirilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.
//oxu.az

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments