EvHadisəYevlaxda "VAZ" yük avtomaşınına çırpılıb, sürücü ölüb

Yevlaxda “VAZ” yük avtomaşınına çırpılıb, sürücü ölüb

Median.Az xəbər verir ki, fevralın 21-i saat 23 radələrində Yevlax rayonu ərazisində, şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Gədəbəy rayon sakini S.Muxtarovun idarə etdiyi “Shacman” markalı yük avtomaşınına vurub.

Nəticədə “VAZ-21011” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

SON XƏBƏRLƏR
Mövzu üzrə
MOJO.AZ Pulsuz Elanlar saytı