GAZAPİZM Bakıya gələ bilmədiyi üçün konsert təxirə salındı

GAZAPİZMin Bakıda planlaşdırdığı konsert təxirə salınıb.

Buna səbəb Türk Hava Yolları 09:10-İstanbul-Bakı reysində çıxan texniki nasazlıqdır. Uçuş ləğv olunduğu üçün GAZAPİZM Bakıya gələ bilməyib.

Bilet alan hər kəs şəhərin kassalarına yaxınlaşaraq biletlərini geri qaytara bilərlər.