Bakıda 18 yaşlı qız faciəvi şəkildə ölüb

Paytaxtın Nərimanov rayonunda 18 yaşlı qız dəm qazından boğularaq ölüb.

Nərimanov rayonu, Ə.Əbdülrəhimov küçəsi, ev 124, mənzil 36 ünvanında kirayədə yaşayan, Tovuz rayon sakini, 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızının meyiti yaşadığı evin hamam otağında aşkarlanıb.

A.Camalovanın hamam otağında dəm qazından boğularaq öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az