Məşhurlar Xocalını andı – VİDEO

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar məşhurlar sosial layihəyə imza atıblar.

Əməkdar artist Miri Yusif, müğənnilər Dilarə Kazımova, Emiliya Yaqubova və tanınmış aktyor Taleh Yüzbəyov “Tezliklə” adlı videoçarxa çəkiliblər.

Məşhurlar 2 dəqiqə 50 saniyəlik videoçarxda əsgərlikdə olan yaxınlarını gözləyən insanları canlandırıblar.

Gecəyarısı onların telefonuna mesaj gəlir. Mesajda torpaqlarımızın düşmən tapdağından azad edildiyi qeyd olunur.

Sözügedən ekran əsərinin rejissoru Nicat Qədimlidir.