Qaradağ rayonunda yol qəzasında 1 nəfər ölüb

Median.Az xəbər verir ki, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rövşən Hüseynovun və Əlibala Babayevin idarə etdikləri “Mercedesr” markalı avtobus və “VAZ-21099” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Babayev hadisə yerində ölüb, onun bir sərnişini xəstəxanaya yerləşdirilib.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *