Regionlrda marketlərdən oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mustafaağalı kəndi ərazisindəki mağazadan 170 manat pul və bir ədəd noutbuk oğurlayan rayon sakini R.Qazıyev saxlanılıb.

Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan 350 manat pul oğurlayan şəhər sakini A.Ərəstunzadə saxlanılıb.

Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazadan 245 manat oğurlayan Avşar kənd sakini A.İslamov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.