EvKriminalXətai rayonunda kafedə quldurluq edən şəxs saxlanılıb

Xətai rayonunda kafedə quldurluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, аprelin 3-də Xətai rayonunun K.Kərimov küçəsindəki kafedə naməlum şəxs Bakı şəhər sakini Ə.Mirzəyevi döyüb, içərisində 100 manat və maaş kartı olan pul kisəsini alıb.

Xətai RPİ 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini A.Qasımov saxlanılıb.

Xətai RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə