Bakı Ağır Cinayətlər Məhkəməsinə Mahir Qocayevin (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
Median.Az xəbər verir ki, ötən il oktyabrın 26-da Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 63 ünvanında Mahir Qocayev arvadı, Gəncə şəhər sakini Ülviyyə Allahverdiyevaya (1994-cü il təv.) çoxsaylı bıçaq xəsarətləri yetirib, nəticədə sonuncu kəskin qanitirmədə ölüb. Cinayəti törətdikdən sonra o, intihar etmək məqsədilə özünə də bıçaqla xəsarət yetirib, lakin Kliniki Tibbi Mərkəzə çatdırılıb və həyatı xilas edilib.
Fakta görə Nərimanov rayon prokurorluğunda cinayət işi başlanılıb. İstintaqın gedişatında məlum olub ki, cütlük bir müddət əvvəl məhkəmənin qərarı ilə boşanıb. Uşağın atasında qalması barədə qərar çıxarılıb və anaya onu ziyarət etmək hüququ verib. Oktyabrın 25-də Ülviyyə Allahverdiyeva övladını görmək üçün keçmiş ərinin yaşadığı evə gedib və orda onunla aralarında mübahisə yaranıb. Qadın evdən çıxandan sonra, Qocayev küçədə onun dalınca düşüb və bıçaqla zərbələr endirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.