EvCəmiyyətÖlkədəki seysmoloji vəziyyət dəyərləndirildi

Ölkədəki seysmoloji vəziyyət dəyərləndirildi

“Ölkədə seysmik vəziyyət demək olar ki, fon səviyyəsindədir. Hazırda respublika ərazisində güclü zəlzələ baş verməyib. Baş verən təkanlar isə çox zəif və hiss olunmayandır”.

Median.Az-ın məlumatına görə, bunu Sputnik Azərbaycan-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, ötən gün baş verən zəlzələ isə istisnadır: “Ötən gün Gürcüstan ərazisində baş verən zəlzələ respublikanın bəzi hissələrində çox zəif, 3 baladək hiss olunub”.

Q.Yetirmişli seysmoloji aktivliyin ən çox müşahidə edildiyi Şamaxı və Ağsu rayonları haqda da danışıb: “Ağsu-Şamaxı rayonlarda isə gündəlik olaraq bir neçə dəfə afterşoklar davam edir. Lakin öncəki günlərlə müqayisədə bu afterşokların sayı azalıb”.

SON XƏBƏRLƏR
Mövzu üzrə