Qubada evə basqın edən şəxslər saxlanılıb

Median.Az xəbər verir ki, aprelin 1-i gecə saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndində, evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, döyüb oradan 13.600 manat pul və mobil telefon aparması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

DİN Baş Cinayət Axtarışı, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində
Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılıb.

Quba RPŞ İstintaq bölməsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Şəxsiyyətləri müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *