Prezident Çingiz Abdullayevi təltif etdi

Xalq yazıçısı Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.

Müvafiq sərəncamı aprelin 9-da prezident İlham Əliyev imzalayıb.

Ç.Abdullayev Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının Xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktorudur (1991).

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.

30 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *