EvDünyaNATO ölkələri Moskvaya nümayəndə göndərməkdən imtina etdilər

NATO ölkələri Moskvaya nümayəndə göndərməkdən imtina etdilər

ABŞ və NATO – ya üzv olan Avropa dövlətləri aprelin 23-25-də Moskvada keçiriləcək beynəlxalq təhlülkəsizlik konfransına nümayəndə göndərməkdən imtina ediblər.

RİA Novosti-nin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirinin müavini Aleksandr Fomin deyib.

“Əvvəlki illərdə olduğu kimi, biz hamını dəvət etmişik. O cümlədən, NATO dövlətləri, blokun hərbi-siyasi rəhbərliyi də dəvət olunub. Lakin, ABŞ və Avropa dövlətləri öz aralarında həmrəylik göstərərək, Rusiya Müdafiə Nazirliyi ilə hər hansı münasibətə girməkdən uzaq durdular və dəvətimizi qəbul etmədilər”.

SON XƏBƏRLƏR
Mövzu üzrə