Abşeron rayonunda qət baş verib


Median.Az
xəbər verir ki, aprelin 7-i saat 21 radələrində Xırdalan şəhəri ərazisindən Cəbrayıl rayon sakini T.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına gətirilməsi barədə Abşeron RPİ-nə məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev saxlanılıb.

Zərərçəkmiş həmin gün xəstəxanada ölüb.

Abşeron rayon prokurorluğunda CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.