Bakıda gəlin qayınanasını döydü

Gecə saatlarında Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Ailə münaqişəsi zəminində baş verən hadisə zamanı gəlin öz qayınanası – 1959-cu il təvəllüdlü İsayeva Sara Abbas qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
//oxu.az