Bakıda köçkünlərin yataqxanası yandı – Kişi özünü binadan atdı

Bakının Nizami rayonu, Babək prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yataqxana yanıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, hadisə yerinə iki təcili yardım briqadası göndərilib:

“Yataqxanadakı yanğın zamanı bir nəfər 45 yaşlı kişi qorxudan özünü binadan atıb. Həmin şəxs xəstəxanaya aparılıb”.
//oxu.az