Şaxtada işləyən gəncin üstünə lift düşdü – Vəziyyəti ağırdır

Ötən gün Bakıda bədbəxt hadisə baş verib.

Paytaxtın Xanlar küçəsi 27 ünvanında İlqar Böyükağa oğlu Əbilova məxsus tikilidə liftin trosu qırılıb.

Hadisə nəticəsində liftin şaxtasında çalışan 1997-ci il təvəllüdlü İlham Mənsum oğlu Cəfərov ağır xəsarət alıb.

O təcili olaraq yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilib.