Bakıda avtomobil qaçıran 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Səbail RPİ-nin 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov Ə.Əliyev küçəsində yerləşən dayanacaqdan “Mitsubishi” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran, həmin dayanacaqda gözətçi işləyən paytaxt sakini M.Məmmədov
polis əməkdaşları tərəfindən Suraxanı rayon ərazisində avtomobillə birgə saxlanılıb.

Bundan başqa, Aprelin 8-də Binəqədi RPİ-nin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

5-ci polis bölməsi və Nizami RPİ 24-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran paytaxt sakini Mübariz Abdullayev həmin avtomobillə birgə Q.Qarayev prospektində saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *