EvMaraqlıQlobal informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz yüksəlib

Qlobal informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz yüksəlib

“Canalys” analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ildə informasiya təhlükəsizliyinin təmini üçün texnologiyalara qlobal xərclər 9,1 faiz yüksələrək 36,6 milyard dollar təşkil edib. Şəbəkə təhlükəsizliyi ən sürətlə inkişaf edən seqment olub: onun təmini üzrə xərclər 12,6 faiz yüksələrək 14,3 milyard dollar təşkil edib.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sayt və elektron poçt xidmətlərinin kibermüdafiəsinə xərclər 8,2 faiz yüksələrək 7,2 milyard dollar olub. Məlumatların mühafizəsi kateqoriyasında xərclər 1,2 faiz artaraq 1,9 milyard təşkil edib.

SON XƏBƏRLƏR
Mövzu üzrə