Şəkidə naməlum avtomobil piyadanı öldürüb, qaçıb

Median.Az xəbər verir ki, aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsində, müəyyən edilməmiş avtomobillə şəhər sakini Oqtay Abdurəhimov vurulub.

Nəticədə piyada hadisə yerində ölüb.

Şəki ŞRPŞ-də faktla bağlı araşdırma aparılır.