Tovuzda və Balakəndə narkotiklərlə əlaqədar 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsi və Tovuz RPŞ-nin əməkdaşları Əyyublu kənd sakini, əvvəllər məhkum olunmuş S.Hüseynovun həyətyanı sahəsində, kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu aşkar ediblər.

Bundan başqa, Balakən RPŞ-nin əməkdaşları Talalar kənd sakini, əvvəllər məhkum olunmuş Ç.Yolçuyevə məxsus həyətyanı sahədə, kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu, evindən isə 790 qram marixuana aşkar ediblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *