Zaqatalada “VAZ 21011” ağaca çırpılıb, sürücü ölüb

Median.Az xəbər verir ki, aprelin 13-ü gecə saat 3 radələrində Kəpənəkçi kəndi ərazisində, kənd sakini Ramil Mehdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Zaqatala RPŞ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *