Bakıda zəncirvari qəza tıxac yaratdı

Ziya Bünyadov prospektində yol qəzası olub.

Median.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə Ziya Bünyadov prospektində, Əbdülvahab Salamzadə küçəsindən hava limanı istiqamətinə gedən yolda baş verib. Ərazidə 5 avtomobil zəncirvari toqquşub.

Hadisə nəticəsində hazırda Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqaməti ilə hava limanı istiqamətində yolda ciddi tıxac yaranıb.

Dövlət yol polisi əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləməyə çalışır.