EvKriminalBakıda cibgirlik edən 2 qadın saxlanılıb

Bakıda cibgirlik edən 2 qadın saxlanılıb

Median.Az xəbər verir ki, Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Hacıyevanın, içərisində 100 manat, 80 avro və 100 funt sterlinq pul olan çantasını oğurlayan paytaxt sakini K.Ələkbərova saxlanılıb.

Bundan başqa, Xətai RPİ 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin avtobusunda bir qadının çantasından, içərisində 900 manat olan pulqabısını oğurlayan Bakı şəhər sakini N.Ağammədova saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

SON XƏBƏRLƏR
Mövzu üzrə