Yasamalda evdən oğurluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, aprelin 16-da Yasamal RPİ 29-cu polis şöbəsinə 1-ci Alatava yaşayış sahəsindəki evlərin birindən 400 manat dəyərində gümüş əşyaların və mobil telefonun oğurlanması barədə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş İ.Yarıyev saxlanılıb.

Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *