Nərimanov rayonunda “Toyota” piyadanı vurub, öldürüb

Median.Az xəbər verir ki, aprelin 15-də Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Sona Binnətəliyevanı vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 18-də orada ölüb.

Nərimanov RPİ-də faktla bağlı araşdırma aparılır.