Sumqayıtda doğuş zamanı faciə

Sumqayıtda körpə ölümü baş verib.

Median.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında şəhərin 2 nömrəli Doğum Evində baş verib.

Belə ki, 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi uşaq doğuş zamanı ölüb. Köpənin hansı səbəbdən öldüyü məlum deyil.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova Oxu.Az-a açıqlamasında faktla bağlı araşdırma aparıldığını deyib:

“Hadisə dünən axşam saatlarında baş verib. Vəziyyətlə bağlı qadının yaxınları həkimlərlə mübahisə etdiyi üçün hüquq-mühafizə orqanlarına məlumat verilib. Onlar körpənin ölüm səbəbini dəqiqləşdirmək məqsədilə meyiti tibbi ekspertizaya göndəriblər.

Yekun nəticə söyləmək üçün ekspertizanın cavabını gözləmək lazımdır. Yalnız o zaman körpənin ölüm səbəbi haqqında məlumat vermək mümkündür”.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *